Главная > Siyasət > Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı növbəti görüş nə vaxt olacaq? - Qriqoryan
Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı növbəti görüş nə vaxt olacaq? - Qriqoryan16-11-2023, 12:16. Разместил: admin |
Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələrinin sonuncu görüşü iyulun 12-də baş tutub. Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. Görüşün keçirilməməsi ilə bağlı məsələyə aydınlıq gətirən Qriqoryan deyib: “Son iclasda qərara alındı ki, prosessual məsələlər müzakirə olunmalıdır. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”. Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağına gəldikdə isə baş nazirin müavini bildirib ki, hazırda konkret tarix deyə bilməz. Вернуться назад |