Главная > Siyasət > Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi ilə bağlı beynəlxalq simpoziumun keçirilməsi təklif olunur
Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi ilə bağlı beynəlxalq simpoziumun keçirilməsi təklif olunur31-10-2023, 14:17. Разместил: admin |
“Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi ilə bağlı beynəlxalq simpozium keçirilə bilər”. “Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxış edib. “Yalnız Ermənistanda deyil, eləcə İranda - Güney Azərbaycanda da yer adları dəyişdirilib. Fikrimcə, bununla bağlı beynəlxalq simpozium keçirilə və bu yerlərin əsl adı, eyni zamanda azərbaycanlılara məxsus olduğu dünya ictimaiyyətinin diqqətinə çatdırıla bilər. Qərbi Azərbaycana qayıdış o demək deyil ki, biz zor gücünə qayıdacağıq. Oradakı adların yaşadılmasının bir yolunu tapmalıyıq. Hesab edirəm ki, biz mütləq bu torpaqlara qayıdacağıq”, - o qeyd edib. Вернуться назад |