Главная > Siyasət > Qarabağ ermənilərinin kütləvi köçünün səbəbi – Erməni nəşri özlərini ifşa edir
Qarabağ ermənilərinin kütləvi köçünün səbəbi – Erməni nəşri özlərini ifşa edir27-10-2023, 14:14. Разместил: admin |
Qarabağ ermənilərinin kütləvi şəkildə Azərbaycanı tərk etməsinin əsas məqsədləri ortaya çıxıb. İstəyirlər ki, Ermənistana köçdükdən sonra İrəvan onlara elə bir status versin ki, onlar da istənilən ölkədən siyasi sığınacaq almaqda problem yaşanmasın. Lakin sən saydığını say, gör fələk nə sayır. Paşinyan onların gözləntilərini puça çıxardı. Belə ki, Paşinyan Qarabağdan köçən ermənilərə müvəqqəti qaçqın statusu verəcək. Bu da Qarabağ erməniləri arasında ciddi narazılığa səbəb olub və birmənalı qarşılanmayıb. “Hraparak”ın yazdığına görə, Qarabağ erməniləri Paşinyan hakimiyyətinin verəcəyi qərarı səbirsizliklə gözləyirdilər, lakin son nəticə onları məyus edib: “Qarabağ erməniləri Ermənistan hakimiyyətindən elə bir status verilməsini istəyirdilər ki, bunun əsasında onlara istənilən ölkədə siyasi sığınacaq üçün müraciət etmək imkanı verilsin. Qarabağa qayıtmaq ümidini itirməyən çox az sayda erməni isə ümidsizliyə qapıldı. Onlar hesab edirlər ki, Nikol Paşinyan yaxın gələcəkdə köçkünlərin öz yurdlarına qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil. Əvəzində o, baş ağrısından qurtulmağa çalışır. Bununla da Paşinyan Qarabağ ermənilərinin ümidlərini boşa çıxarmaqla Ermənistanı sürətlə tərk etməsinə təkan vermiş oldu. Burada Ermənistan hakimiyyəti “insan yoxdur, deməli, problem yoxdur” prinsipini əsas götürüb”. P.S: Onsuz da Ermənistana köçən Qarabağ ermənilərinin mühüm bir hissəsi oranı tərk edib və bu proses davam etməkdədir. Hakimiyyət Ermənistandakı ciddi demoqrafik vəziyyətə görə ölkədə qalmasını istəsə də, onları bundan sonra orada heç cür saxlaya bilməyəcək. Ermənistanda yalnız əvvəlcədən evi olanlar və ya imkanı olub mənzil alanlar, özlərinə normal yaşam tərzi quranlar, yaşlılar və getməyə imkanı olmayanlar qalacaq. Вернуться назад |