Главная > Siyasət > Rusiya İrəvana dözməyəcək – Korotçenko toqquşmanın anonsunu verdi
Rusiya İrəvana dözməyəcək – Korotçenko toqquşmanın anonsunu verdi23-10-2023, 10:33. Разместил: admin |
Fransanın sərgilədiyi mövqe Cənubi Qafqazda sülhə deyil, əksinə, bölgənin daha da militarizasiyalaşdırmaya xidmət edir. Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. Onun sözlərinə görə, bölgədənkənar qüvvələrin, xüsusən də Fransanın Cənubi Qafqazdakı proseslərə bu cür müdaxiləsi, regionda sülhün yaranmasına ən ciddi əngəllərdən biridir. “Biz bu gün Fransanın hər vasitə ilə bölgədəki proseslərə müdaxiləsini müşahidə etməkdəyik. Fransa bunun üçün Ermənistanla hətta hərbi sahədə əməkdaşlığı inkişaf etdirməyə çalışır. Fransanın gələcək hədəfi Ermənistanda hərbi baza yaratmaqdır. Bu isə bölgənin gələcək təhlükəsizliyinə ciddi təhdid yaratdığından heç bir region ölkəsinin, o cümlədən heç Ermənistanın özünə lazım deyil. Fransa belə bir hərbi baza yaradarsa, bu, ilk növbədə Ermənistan üçün təhlükə olacaq”, - Korotçenko deyib. O əlavə edib ki, Fransanın Ermənistanla hərbi əməkdaşlığının inkişafında hər hansı sağlam element tapmaq qeyri-mümkündür. “Bir çoxları hesab edir ki, Paşinyanın Rusiya ilə hərbi əməkdaşlığı pozması elə də asan məsələ deyil. Ermənistandakı hərbi bazanı çıxara və ya KTMT-ni tərk edə bilməz. Amma unutmayaq ki, mümkün olmayan şey yoxdur. 5 il əvvəl də heç kim ağlına gətirə bilməzdi ki, Cənubi Qafqazda belə bir vəziyyət yaransın və Azərbaycan öz ərazi bütövlüyünü təmin etsin. Bir şey deyə bilərəm ki, Moskva regiondankənar oyunçu olan Fransanın Ermənistandakı hərbi varlığına dözə bilməz və bu, qeyri-mümkündür”, - Korotçenko bildirib. Вернуться назад |