Главная > Siyasət > Azərbaycan Prezidenti İspaniya kralını təbrik edib
Azərbaycan Prezidenti İspaniya kralını təbrik edib12-10-2023, 12:18. Разместил: admin |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın kralı VI Felipeyə təbrik məktubu göndərib. Məktubda deyilir: "Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". Вернуться назад |