Главная > Siyasət > Prezident hakimlər təyin etdi - Siyahı
Prezident hakimlər təyin etdi - Siyahı11-10-2023, 15:58. Разместил: admin |
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər: ağır cinayətlər məhkəmələri üzrə: Lənkəran Ağır Cinayətlər Məhkəməsi Məmmədova Esmira Qərib qızı Şəki Ağır Cinayətlər Məhkəməsi Əfəndizadə Tural Qurbanəli oğlu inzibati məhkəmələr üzrə: Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Əliyev Tural Yusif oğlu Gəncə İnzibati Məhkəməsi Əliyeva Leyla Kamil qızı Sumqayıt İnzibati Məhkəməsi Həbibova Könül Əbülfəz qızı Şirvan İnzibati Məhkəməsi Qurbanova Pərvanə Tahir qızı kommersiya məhkəmələri üzrə: Gəncə Kommersiya Məhkəməsi Qələndərzadə Ramiq Ramis oğlu Sumqayıt Kommersiya Məhkəməsi Həmidli Fərman Fəzail oğlu hərbi məhkəmələr üzrə: Gəncə Hərbi Məhkəməsi Bəşirov Cəmil İsmayıl oğlu Quliyev Tariyel Şirindil oğlu Bakı şəhərinin rayon məhkəmələri üzrə: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Məmmədov Pərviz Şahin oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Musayeva Vüsalə Vahid qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsi Əliyeva Starə Vidadil qızı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Muradov Pərviz Namiq oğlu Rzayeva Fəridə İslam qızı rayon (şəhər) məhkəmələri üzrə: Abşeron Rayon Məhkəməsi Qasımov Abusət Sahib oğlu Mirhəsənli Mirnəsir Mirfazil oğlu Ağdaş Rayon Məhkəməsi Mürsəlova Aygün Mayıl qızı Füzuli Rayon Məhkəməsi İsmayılov Elmir Akif oğlu Gəncə Şəhər Məhkəməsi Xanməmmədova Liza Əliəşrəf qızı Göyçay Rayon Məhkəməsi Qurbanova Gülnaz İntiqam qızı Hacıqabul Rayon Məhkəməsi Bayramov Orxan Telman oğlu Xaçmaz Rayon Məhkəməsi Abiyeva Nərmin Mirhəsən qızı Əliyeva Aynur Məhəmməd qızı Mingəçevir Şəhər Məhkəməsi Quliyeva Güləndam Gündüz qızı Salyan Rayon Məhkəməsi Əliyeva Vəsilə Əlövsət qızı Sumqayıt Şəhər Məhkəməsi İsmayılov Samir Bəyistan oğlu Şirəliyeva Vəfa Zavrulla qızı Şabran Rayon Məhkəməsi Mirzəfərova Könül Murtuz qızı Şəki Rayon Məhkəməsi Musayev Kamran İbrahim oğlu Şirvan Şəhər Məhkəməsi Məmmədli Aydan Zakir qızı Ucar Rayon Məhkəməsi Bədəlov Xəyal Natiq oğlu. 2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin: Aytən Heydər qızı Əliyeva Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; Kamran Nüsrət oğlu Muxtarov Gəncə Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; Elnur Aləm oğlu Nuriyev Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; Anar Böyükkişi oğlu Sadıqov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; Azər Heydər oğlu Tağıyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; Nurəddin Nizami oğlu Hüseynli Gəncə Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; Elçin Qüdrət oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; Nahid Namiq oğlu Mirzəyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; Kənan Zakir oğlu Hüseynov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilsin; Fikrət Hüseyn oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”. Вернуться назад |