Главная > Siyasət > "Koçaryanla Sarkisyan da Azərbaycana təhvil veriləcək" - Tonoyandan ŞOK AÇIQLAMA

"Koçaryanla Sarkisyan da Azərbaycana təhvil veriləcək" - Tonoyandan ŞOK AÇIQLAMA


6-10-2023, 09:00. Разместил: admin
"Koçaryanla Sarkisyan da Azərbaycana təhvil veriləcək" - Tonoyandan ŞOK AÇIQLAMA


"Azərbaycanın Qarabağ separatçılarını həbs etməsi Ermənistanda böyük qorxu hissi yaradıb.

Publika.az xəbər verir ki, indi Ermənistan cəmiyyətində müzakirələr bu müstəvidə gedir:

Ermənistanın sabiq prezidentləri - Xocalı qatilləri Robert Koçaryan və Serj Sarkisyan da qolu qandallı Bakıya gətiriləcək.

Erməni professor Artyom Tonoyan da hadisələrinin gedişatını belə görərək “Facebook” səhifəsində yazıb:

""Artsax"ın 3 "prezident"ini təhvil verənlər Ermənistanın 3 prezidentini də təhvil verəcəklər. Çətin ki, onların əsas məqsədi "Artsax" "preziden"tləri idi. Hədəf Ermənistanın 3 prezidentidir".

Yəqin ki, Tonoyan 3-cü prezident kimi Levon Ter Petrosyanı nəzərdə tutur. Amma Azərbaycan ermənilər arasında az-çox məntiq sahibi olan Levona amnistiya tətbiq edə bilər.


Вернуться назад