Главная > Siyasət > Sülhməramlılar bu tarixdə Qarabağı tərk edəcək - Mika Badalyan
Sülhməramlılar bu tarixdə Qarabağı tərk edəcək - Mika Badalyan5-10-2023, 13:21. Разместил: admin |
Rusiya sülhməramlı kontingenti 2023-cü il noyabrın 1-dək Qarabağı tamamilə tərk edəcək. Belə bir iddia ilə erməni bloger Mika Badalyan çıxış edib. Mika Badalyan separatçı mövqeyi və Rusiyaya yaxınlığı ilə tanınan şəxsdir. O bu yöndə aktiv fəaliyyətlə məşğuldur. Ermənistan hökuməti bir müddət əvvəl Badalyanı Gorusda saxlamışdı. O, odlu silahın, onun əsas komponentlərinin, döyüş sursatı və digər materialların, cihazların, əşyaların qanunsuz dövriyyəsi (Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci bəndi) maddəsi ilə ittiham olunub. Lakin daha sonra sərbəst buraxılıb. Sonuncu dəfə əqidədaşı Vladimir Solovyovun efirində ona "Xankəndi" sözündən istifadə etdiyinə görə narazılığını ifadə etmişdi. Solovyov isə teleqram kanalında redaktorları tərəfindən paylaşıldığını və onların cəzalandıracağını bildirmişdi. Вернуться назад |