Главная > Siyasət > Azərbaycan və Ermənistan liderlərinin 5 oktyabr görüşü tam dəqiqləşməyib - Avropalı diplomat
Azərbaycan və Ermənistan liderlərinin 5 oktyabr görüşü tam dəqiqləşməyib - Avropalı diplomat4-10-2023, 11:02. Разместил: admin |
Avropa Şurasının rəhbəri Şarl Mişel hələ də oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etməyə çalışır. “Bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib. “İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydınlıq olacaq”, - avropalı diplomat qeyd edib. Onun sözlərinə görə, bölgədəki kifayət qədər ciddi vəziyyətə baxmayaraq Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etməyə çalışır. Вернуться назад |