Главная > Siyasət > Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyətini dayandırdı

Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyətini dayandırdı


3-10-2023, 14:22. Разместил: admin
Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyətini dayandırdı


Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır.

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa Respublikasının Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır.


Вернуться назад