Главная > Siyasət > Xankəndidə erməni sakinlərlə görüş gözlənilir
Xankəndidə erməni sakinlərlə görüş gözlənilir2-10-2023, 10:41. Разместил: admin |
Bu gün Xankəndi şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni sakinlər arasında növbəti görüş gözlənilir. Xatırladaq ki, bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüş ola bilər. Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi Xocalıda baş tutub. Üçüncü görüş sentyabrın 29-da yenidən Yevlaxda təşkil olunub. Görüşlərdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub. Вернуться назад |