Главная > Siyasət > Hikmət Hacıyev: “Rəsmi Bakı BQXK və Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədədir”- FOTO
Hikmət Hacıyev: “Rəsmi Bakı BQXK və Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədədir”- FOTO26-09-2023, 13:34. Разместил: admin |
“Biz yerdəki humanitar ehtiyacların ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə, həmçinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” platformasındakı paylaşımında qeyd edib. “Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbul edilməsi üçün əlavə tibbi heyətlə gücləndirilib. Xüsusilə də yanıq müalicəsi üçün dərmanlar və digər tibbi heyət göndərilib. Əlavə olaraq qida yardımı çatdırılıb. Bu, bu gün də, həmçinin qarşıdakı günlərdə də davam etdiriləcək. Tibbi yardıma ehtiyacı olan şəxsləri yerindəcə kömək göstərmək üçün Ermənistandan Qarabağa həkim briqadası gətirən helikopterin girişi təmin edilib. Hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması məqsədilə BQXK-nın əraziyə müstəsna giriş imkanının təmin edilməsi üzərində iş aparılır”, - deyə Hikmət Hacıyev qeyd edib. Вернуться назад |