Главная > Siyasət > 3 rayon hazır vəziyyətə gətirildi, son anda imtina olundu - Xankəndidəki partlayış barədə

3 rayon hazır vəziyyətə gətirildi, son anda imtina olundu - Xankəndidəki partlayış barədə


26-09-2023, 11:04. Разместил: admin
3 rayon hazır vəziyyətə gətirildi, son anda imtina olundu - Xankəndidəki partlayış barədə


Dünən Xankəndidə benzin çəninin partlamasından sonra Azərbaycan zərərçəkənlərə kömək etmək üçün dərhal əməli addımlar atıb. 

 Saatlı, Sabirabad və Ağdam xəstəxanaları yaralıların kütləvi qəbulu üçün operativ şəkildə hazır vəziyyətə gətirilib, Bakıdan təcili olaraq onların müalicəsi üçün briqadalar göndərilib. 

“Lakin son anda Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın mərkəzi orqanlarının köməyindən imtina etdilər. Buna baxmayaraq, Azərbaycan tərəfi dünən lazımi dərmanları sürətlə göndərib və bizdə olan məlumata görə, bu gün də bu iş davam etdiriləcək”, - “Caliber” mənbəsinə istinadən yazıb.


Вернуться назад