Главная > Siyasət > Təslim olan döyüşçülərə amnistiya nəzərdə tuturuq - Hikmət Hacıyev

Təslim olan döyüşçülərə amnistiya nəzərdə tuturuq - Hikmət Hacıyev


22-09-2023, 13:33. Разместил: admin
Təslim olan döyüşçülərə amnistiya nəzərdə tuturuq - Hikmət Hacıyev


Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Reuters"ə deyib.

O, hətta keçmiş döyüşçülərə də bunun tətbiq edilməsinin mümkünlüyünü ifadə edib.

“Hazırda biz görürük ki, bəzi ayrı-ayrı ordu qrupları və zabitlər bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər", - Hikmət Hacıyev deyib.

O, Qarabağ ermənilərinin humanitar yardım istədiklərini və bölgəyə çatdırıldığını bildirib. O qeyd edib ki, Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir.

Xatırladaq ki, bu gün müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.


Вернуться назад