Главная > Siyasət > Yevlaxa gələn ermənilər kimdir? - ADLAR/FOTO

Yevlaxa gələn ermənilər kimdir? - ADLAR/FOTO


21-09-2023, 11:44. Разместил: admin
Yevlaxa gələn ermənilər kimdir? - ADLAR/FOTO


Xəbər verdiyimiz kimi, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.

 Bakını görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovun təmsil etdiyi bildirilsə də, erməni icmasının nümayəndələrinin kim olduğu açıqlanmamışdı.

"Hraparak"ın yazdığına görə, nümayəndə heyətinin tərkibindəki şəxslərdən biri  “artsax demokratik partiyası” fraksiyasının rəhbəri Davit Melkumyandır.
Fotoda Davit Melkumyan



Modern.az yazır ki, Xankəndidən Yevlaxa gələn 2-ci şəxs xunta rejiminin qondarma “təhlükəsizlik şurası katibinin müavini” Sergey Martirosyandır.

Siyasi Şərhçi Asif Nərimanlı bildirib ki, bzim üçün görüşdə separatçılıq fəaliyyəti olmayan erməninin iştirakı daha məqbul olardı, lakin bu, mövcud vəziyyətə uyğun atılan addımdır:

"Çünki separatçıların erməni əhalisi üzərində nəzarət etməsi onlar arasından müstəqil nümayəndələrin tapılmasını mümkünsüz edib. 

Gündəlik bəllidir: separatçı rejimin ləğv edilməsi, erməni əhalisinin reinteqrasiyası, ermənilərə Azərbaycanda digər azsaylı xalqların malik olduğu hüquqların verilməsi və s. Bunun alternativi yoxdur",- deyə o yazıb.




Вернуться назад