Главная > Siyasət > Blinken: Prezident Əliyevin bu addımını alqışlayırıq

Blinken: Prezident Əliyevin bu addımını alqışlayırıq


19-09-2023, 11:09. Разместил: admin
Blinken: Prezident Əliyevin bu addımını alqışlayırıq


ABŞ Azərbaycan və Ermənistanı danışıqlara başlamağa və Qarabağa yüklərin çatdırılmasının əsas marşrutları olan Laçın və Ağdam yolu ilə humanitar yükün həcmini  artırmağa çağırıb.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.  

“Biz Prezident Əliyevlə bu yaxınlarda müzakirə etdiyimiz humanitar yüklərin Laçın və Ağdam yolu ilə Qarabağa eyni vaxtda göndərilməsini alqışlayırıq” - Blinken qeyd edib.

O daha sonra qeyd edib: “Çox ehtiyac duyulan ləvazimatların bu çatdırılması irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlara başlamağa və diqqəti humanitar yüklərin artırılmasına yönəltməyə çağırırıq. Birləşmiş Ştatlar uzun müddətdir, mövcud olan problemlərin həlli və layiqli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləməyə sadiqdir”.


Вернуться назад