Главная > Siyasət > Yeni əməliyyatlar an məsələsidir - GƏLİŞMƏ
Yeni əməliyyatlar an məsələsidir - GƏLİŞMƏ14-09-2023, 15:30. Разместил: admin |
Rəsmi İrəvanla son vaxtlara qədər aparılan sülh danışıqları artıq iflasa uğramaq üzrədir. Çünki qüsurlu erməni zehniyyəti ilə anlaşmaq demək olar ki, mümkün deyil. Ermənilər hər şeyi yalnız öz maraqlarından arqumentləşdirməyə yönəlik cəhdlərə vərdiş ediblər. İstənilən beynəlxalq sənədi yalnız “ermənicə” oxuyurlar. Heç bir beynəlxalq hüquq normalarına əhəmiyyət vermədən dəyərləndirirlər. Azərbaycanın Qarabağ regionunda olan erməni azlığının "hüquq və təhlükəsizliyindən" danışırlar, üçtərəfli anlaşmalara istinad edirlər. Ancaq həmin sənəddə Ermənistanın Azərbaycanın Qarabağ regionunda qalan silahlı tör-töküntüsünün çıxarılması barədə öhdəliklə bağlı israrla susurlar. Halbuki, Ermənistan ordusunun tör-töküntüləri məhz rus sülhməramlıların bölgəyə müvəqqəti dislokasiyasına paralel olaraq, Azərbaycan beynəlxalq hüquqa görə, ayrılmaz tərkib hissəsi olan Qarabağ regionundan artıq çoxdan çıxardılmalıydı. Bütün bunlar onu göstərir ki, Ermənistanla siyasi-diplomatik platformada anlaşmaq o qədər də asan iş deyil. Ermənistan daim hərbi gücün əzici təsirini öz üzərində hiss etməlidir. Qarabağ regionunda erməni separatizmi və terrorizminin hələ də öz mövcudluğunu qoruyub saxlaya bilmə müddəti məhz bu səbəbdən uzanır. Ancaq son baş verən hadisələr onu göstərir ki, Azərbaycan artıq daha prinsipial davranmaqda qərarlıdır. Rəsmi Bakı Azərbaycan ərazisində heç qanunların işləmədiyi, cinayətkarlığın hökm sürdüyü “boz zona”nın hələ də qalmasından narahatdır. Ona görə də ən qısa zamanda erməni terrorizminin girovuna çevrilmiş həmin “boz zona”nın ləğv edilməsində israrlıdır. Son aylarda atılan qətiyyətli addımlar tədricən öz təsirini göstərməyə başlayıb. Laçın postunun yaradılması Ermənistandan Azərbaycanın Xankəndi və ətraf bölgəsinə sərbəst silah-sursat, hərbi texnika daşınması prosesini tamamilə bloklayıb. Rəsmi İrəvan Qarabağ regionunda qeyri-qanuni saxladığı Ermənistan ordusunun tör-töküntülərini təchiz etməkdə artıq ciddi problemlərlə üzləşib. Ona görə də indi erməni separatçı-terrorçular arasında ciddi qarşıdurmanın olduğu barədə də məlumatlar mövcuddur. Təbii ki, istənilən halda, erməni separatçı-terrorçular arasında qarşıdurmanın dərinləşməsi “boz zona”nın ləğv edilməsi prosesini sürətləndirə biləcək məqamdır. "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Azərbaycan tərəfi öz ərazisində "boz zona"nın yaranmaması üçün bir sıra addımlar atmalıdır. Ekspertin sözlərinə görə, burada iki önəmli məsələ var: "Birincisi odur ki, Azərbaycan həm beynəlxalq ictimaiyyətə, həm də münaqişədə maraqlı olan tərəflərə mövcud reallıqları tam açıq şəkildə göstərməlidir. Bəzi məsələlər var ki, Ermənistan və Qarabağdakı separatçılar, terrorçular onları şantaj yolu ilə həll etməyə çalışır. Rusiya Prezidenti V.Putin öz dili ilə etiraf etmiş oldu ki, Moskva Qarabağın Azərbaycana verilməsinin tərəfdarı deyilmiş. Amma Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları, addımları Rusiyanı çıxılmaz vəziyyətdə qoyub. Əslində bu, bizə "yol xəritəsi" kimi görünə bilər. Deməli, Rusiya "sülhməramlıların" vasitəsilə prosesi pozmağa çalışırmış. Ancaq beynəlxalq gedişlər, siyasi şərait Azərbaycanın əlində kifayət qədər imkanların formalaşmasına gətirib çıxarıb. Rəsmi Bakı Qarabağla bağlı müəyyən təsir imkanlarına sahibdir. Buna rəğmən, təklif edirik ki, separatçılar, silahlı dəstələr özləri təslim olsunlar, bölgəni tərk etsinlər. Əgər bunu etmirlərsə, Azərbaycanın legitim haqqıdır ki, öz ərazimizdə qeyri-qanuni silahlı dəstələrin varlığına son qoyaq. Bu, bizim suveren haqqımızdır. "Boz zona"nı heç bir dövlət öz ərazisində istəməz. Rəsmilərin söylədiklərindən aydın olur ki, Azərbaycan Qarabağdakı separatçı rejimin tamamilə təmizlənməsində qərarlıdır. Lazımi vaxtda bunu həyata keçirəcəklər. Beynəlxalq ictimaiyyətə bununla bağlı açıq mesaj verilib. Proseslərin gedişini izləyirik. Azərbaycanın səbri tükənməz deyil". Вернуться назад |