Главная > Siyasət > XİN-də struktur dəyişikliyi olub

XİN-də struktur dəyişikliyi olub


13-09-2023, 09:49. Разместил: admin
XİN-də struktur dəyişikliyi olub


Azərbaycan Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub.

APA xəbər verir ki, yeni nazir müavinləri Samir Şərifov və Yalçın Rəfiyevin cavabdeh olduqları sahələr müəyyənləşib.

Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə cavabdeh olacaq.

Digər yeni nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq Təhlükəsizlik İdarəsi, İqtisadi Əməkdaşlıq İdarəsi və Yaxın Şərq və Afrika İdarəsinə cavabdeh olacaq.


Вернуться назад