Главная > Siyasət / Gündəm > Prezident Sərəncam imzaladı
Prezident Sərəncam imzaladı8-09-2023, 14:41. Разместил: admin |
Ələt-Astara-İran avtomobil yolunun bir hissəsinin əsaslı təmirinə 7 milyon manat ayrılıb. "Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7 milyon manat ayrılıb. Вернуться назад |