Главная > Siyasət > Az qalıb: BÜTÜN YOLLAR XANKƏNDİYƏ APARIR... - Başqa cür ola da bilməz...
Az qalıb: BÜTÜN YOLLAR XANKƏNDİYƏ APARIR... - Başqa cür ola da bilməz...7-09-2023, 16:00. Разместил: admin |
Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin arasında baş tutan son görüşdən sonra Ermənistan KTMT-dəki nümayəndəsini geri çağırıb. Belə ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Viktor Biyaqovu qurumdakı daimi nümayəndəlik postundan geri çağırıb. Qeyd edək ki, İrəvan onsuz da son zamanlar KTMT-dəki fəaliyyətini minimuma endirib. Bu ilin yanvarında İrəvan öz ölkəsində KTMT hərbi təlimlərinin keçirməkdən imtina edib. Ardınca da KTMT-yə üzv digər ölkələrin ərazisində keçirilən anoloji tədbirlərə qatılmayıb.Həmçinin, Ermənistan ona verilən təşkilatın baş katibinin müavini postundan imtina edib. Digər tərəfdən, görünən odur ki, Paşinyan artıq Qarabağ məsələsinə qarışmaq istəmir. Daha doğrusu, bunu etmək gücündə olmadığını anladığından, özünü kənara çəkib. İran tərəfi də son zamanlar müəyyən dərəcədə Azərbaycanla münasibətləri normallaşdırmağa doğru istiqamətlənib. Molla rejimi Azərbaycana qarşı xoşagəlməz bəyanatlarına da xeyli müddətdir ara verib. Eyni zamanda İran ermənilərin “humanitar böhran” nağılları ilə bağlı da separatçıların lehinə fikirlər səsləndirilməyib. Yaranmış bu situasiya isə Qarabağda antiterror əməliyyatına başlayaraq, terrorçuların qalan yuvalarını da darmadağın etmək üçün əlverişli vəziyyətin meydana gəldiyini deməyə əsas verir. Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki, ərazilərimizin erməni terrorçularından tamamilə təmizlənməsinə az qalıb: “Azərbaycan Qarabağdakı terrorçu ünsürləri darmadağın etmək üçün birmənalı olaraq, antiterror əməliyyatına başlamalıdır. Separatçılar, terrorçular öz xoşları ilə ərazimizi tərk etməlidirlər, ya da Azərbaycan Qarabağı ölkə qanunlarına zidd fəaliyyət göstərən həmin qruplaşmalardan təmizləyəcək. Bunun üçün də hərbi gücdən istifadə edərək, antiterror əməliyyatı keçirməliyik. Paşinyanın son bəyanatları, İtaliya mətbuatına verdiyi müsahibəsi, ondan sonrakı hərəkətləri, KTMT-dən nümayəndəsini geri çağırması, bunların hamısı ərazilərimizi cinayətkar ünsürlərdən təmizləmək üçün əlverişli fürsətdir. Baş verən hadisələr göstərir ki, ərazilərimizin terrorçulardan tamamilə təmizlənməsinə çox qalmayıb”. Вернуться назад |