Главная > Siyasət > Hikmət Hacıyev: Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir
Hikmət Hacıyev: Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir31-08-2023, 13:35. Разместил: admin |
![]() "Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir". Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşımında bildirib. "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - o paylaşımında qeyd edib. Вернуться назад |