Главная > Siyasət > “Laçın” SBM-dən erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib
“Laçın” SBM-dən erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib22-08-2023, 10:35. Разместил: admin |
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. “Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib. Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayətçilər, tibb işçisi və xəstələrin də olduğu ümumilikdə 30-da yaxın şəxs olub. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir. Вернуться назад |