Главная > Siyasət > Araik özünü ifşa etdi: Ehtiyatımız var! - İLGİNC
Araik özünü ifşa etdi: Ehtiyatımız var! - İLGİNC7-08-2023, 16:00. Разместил: admin |
Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı-terrorçu dəstənin başçısı Araik Arutyunyan ötən gün verdiyi müsahibədə özlərini ifşa edib. Axar.az xəbər verir ki, “qida ehtiyatı görmədikləri barədə” səslənən ittihamları Araik qəbul etmədiyini bildirib. O deyib ki, bu ittihamlar əsassızdır: “Ola bilsin ki, bəzi hesablamalarda səhvə yol vermişik, bəlkə daha çox ehtiyat yığa bilərdik. Biz 6,5-7 aya işləmişik, istehsala lazım olan xammalın gətirilməsi istiqamətində çalışmışıq. Bu fəaliyyət nəticəsində hələ də müqavimət göstərmək, mübarizə aparmaq, ərzaqla təmin olunmaq imkanımız var. Yəni bu mənada ittihamlar əsassızdır”. Göründüyü kimi, Araik Qarabağda heç bir qida çatışmazlığı olmadığı, humanitar fəlakət yaşanmadığı, “mübarizə aparmaq üçün” ərzaq ehtiyatının kifayət qədər olduğunu etiraf edib. Вернуться назад |