Главная > Siyasət > Zaxarovadan Azərbaycan anklavları açıqlaması
Zaxarovadan Azərbaycan anklavları açıqlaması3-08-2023, 12:06. Разместил: admin |
Ermənistan və Azərbaycan arasında anklav ərazi mübahisələri məsələləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll edilməlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfinin Ararat və Tavuş sərhədindəki yeddi anklavın geri qaytarılması tələbi ilə bağlı Rusiya tərəfinin mövqeyini açıqlayarkən deyib. “Biz o mövqedən çıxış edirik ki, ərazi mübahisələri məsələləri Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll olunmalıdır və bu, müvafiq ikitərəfli komissiya tərəfindən əlaqələndirilir. Uzun fasilədən sonra iyulun 12-də komissiyanın 4-cü iclasının keçirilməsini alqışlayırıq”, - Zaxarova qeyd edib. İrəvanın Rusiyanın və sülhməramlıların üzərinə düşən missiyanı yerinə yetirməməsi ilə bağlı səsləndirdiyi itithamlara gəldikdə Zaxarova deyib ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan sonra özlərinin dedikləri kimi, səylərin olmaması ilə bağlı Rusiyaya qarşı hər hansı iddialar ikiqat yersiz görünür. Вернуться назад |