Главная > Siyasət > Ağdam-Xankəndi yolu niyə "dolaşığa" düşüb? - Avropa nəşri yazır
Ağdam-Xankəndi yolu niyə "dolaşığa" düşüb? - Avropa nəşri yazır2-08-2023, 13:33. Разместил: admin |
“Münaqişənin (Azərbaycan və Ermənistan arasında) bitməsinin məğlubiyyət və regionda təsir rıçaqlarının itirilməsi demək olduğu yeganə güc Rusiyadır”. Bu barədə “EUReporter”in Avropa nəşri yazır. Qeyd olunur ki, Azərbaycan tərəfinin Qarabağ ermənilərinə humanitar yardımın daşınmasını təklif etdiyi Ağdam-Xankəndi yolunun bağlanması, Kremlin himayədarı Vardanyanın təşəbbüsü olub. “Bu, sadəcə, sübut edir ki, digər iki tərəf faktiki olaraq sülhə can atsa da, Kreml regionda sabitliyi pozmaqda qərarlıdır”, - məqalədə vurğulanır. “Regionda möhkəm sülh Azərbaycandan enerji resurslarının tədarükü üçün yeni nəqliyyat dəhlizlərinin açılması, Rusiyadan yan keçməklə Çin və digər Asiya ölkələrindən yüklərin daşınması deməkdir. Bu, Kremlin enerji şantajına son qoyacaq və Avropaya mal idxalını ucuzlaşdıracaq. Aİ və ABŞ-nin Bakı ilə İrəvan arasında danışıqlar prosesində fəal iştirakı və regionda vəziyyətin sabitləşməsi, Moskvanı Cənubi Qafqazdakı mövqeyindən məhrum edəcək. Bu həm də Ermənistanın son olaraq Qərbə yönləndirilməsinə töhfə verəcək”, - qəzet qeyd edir. Вернуться назад |