Главная > Siyasət > Araik “vur” deyir: Bakı eşitdi, “yat” komandası ilə reaksiya veriləcək

Araik “vur” deyir: Bakı eşitdi, “yat” komandası ilə reaksiya veriləcək


19-07-2023, 09:30. Разместил: admin
Araik “vur” deyir: Bakı eşitdi, “yat” komandası ilə reaksiya veriləcək


Rusiya Azərbaycanın Qarabağ regionundakı erməni separatçı-terrorçuları hərəkətə gətirib, əsas hədəf mümkün qədər gərginliyi artırmaqla, xaosla yüklənmiş situasiya yaratmaqdır... İddia olunur ki, Kreml rəsmi Bakının rus sülhməramlıların vaxtından əvvəl Azərbaycan ərazisindən çıxarılmasını tələb edə biləcəyi ilə bağlı qənaətə gəlib...
Erməni toplumunda əsl panik durum yaşanır. Son vaxtlar baş verənlər erməni toplumunu ciddi şəkildə məyus edib. Brüssel görüşündən, xüsusilə də, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin açıqlamasından sonra ermənilər isterik əhval-ruhiyyədə hay-küyə başlayıblar. Və hazırda Ermənistanda olan xarici ölkə səfirliklərinin, eləcə də beynəlxalq qurumların ofislərinin qarşısında müxtəlif “şüarlar” bağırırlar.

Əsas “şüarlar” ondan ibarətdir ki, hər şey əvvəlki vəziyyətinə qaytarılmalıdır. Belə anlaşılır ki, erməni toplumu “bütün dünyanın onların ətrafında dolandığına” hələ inanır. Ona görə də, belə absurd “şüarlar”la tələblər irəli sürməyi mümkün hesab edirlər. Və erməni toplumu hay-küylə yenidən keçmişə dönə biləcəyinə ümidini itirməyib.

Halbuki, erməni toplumunun hay-küylə öz istədiyinə nail olduğu dövrlər artıq çox arxada qalıb. Daha erməni himayədarları da belə hay-küylərə, absurd “şüarlara” əhəmiyyət verməyə həvəsli deyillər. Bundan sonra keçmişə qayıtmaq, başıpozuqluq dövrünün davam etdirilməsinə imkan vermək qətiyyən mümkün deyil. Yəni, erməni toplumuna heç kim sərbəst cimayət törətmək vərdişlərini davam etdirmək şansı tanımaz.

0b1b433a-7caf-4ea1-ba9d-50db4d8a598c.jpg (251 KB)Ona görə də, erməni toplumu “keçmişin xəyalları”nı bir kənara buraxıb, müasir dövrün yeni şərtlərinə uyğunlaşmaq məcburiyyətindədir. Əks halda, əgər, erməni toplumu könüllü şəkildə qanunlara riayət etməzsə, bunu etməyə sadəcə, məcbur ediləcək. Daha erməni terrorizmi, separatizm, özbaşınalıq və quldurluq dövrü qapanıb.

Bütün bunları nəzərə aldıqda, erməni radikal-revanşist qüvvələrin Ermənistan və Azərbaycanın Qarabağ regionunda başlatdığı “xaosa cəhd” planları baş tutmayacaq. Rəsmi Bakı erməni terrorçulara Laçın yoludan silah-sursat daşımaq, qaçaqmalçılıqla məşğul olmaq imkanı verməyəcək. Və Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatı da təsdiqləyir ki, Rusiyanın verdiyi dəstək də erməni terrorçulara keçmişə dönüş üçün yetərli deyil.

Təbii ki, erməni radikal-revanşist qüvvələrin arxasında məhz Rusiyanın planlarının dayandığı qətiyyən şübhə doğurmur. Məhz Kremlin ssenarisi əsasında erməni terrorçular Azərbaycanın Qarabağ regionunda aksiyalar keçirtməyə başlayıblar. Rusiya bu hay-küy sayəsində öz sülhməramlı qüvvələrinin Qarabağ regionunda daha uzun müddət qalmasına təminat almağa çalışır.

Rusiya siyasi dairələrindən sızan məlumatlara görə, Kremldə rəsmi Bakının rus sülhməramlıları 2025-ci ildə mütləq çıxartmaq niyyətində olması barədə qəti qənaətlər yaranıb. Hətta iddia olunur ki, Kreml rəsmi Bakının rus sülhməramlıları vaxtından əvvəl belə, Azərbaycan ərazisindən çıxarılmasını tələb edə biləcəyindən ciddi şəkildə narahatdır. Və ona görə də, Qarabağ regionunda erməni terrorçuları hərəkətə gətirərək, xaosla yüklənmiş situasiya yaradılmasına cəhd göstərilir.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB)

Maraqlıdır ki, Ermənistandakı bəzi antirus mənbələr Rusiya sülhməramlıların və Araik Arutyunyanın rəhbərlik etdiyi terrorçuların Qarabağ regionunda yaşayan erməni azlığını girov kimi saxladığını iddia edirlər. Onların fikrincə, bölgədəki erməni azlığı Araik Arutyunyanın terrorçuları tərəfindən aksiyalara çıxmağa məcbur edilir. Buna qarşı çıxanlar isə erməni terrorçular tərəfindən təhdid olunur.

Digər tərəfdən, erməni terrorçuların rus sülhməramlılarla ortaq şəkildə daha “radikal planlar”ın reallaşdırılmasına hazırlaşdıqları barədə məlumatlar da mövcuddur. Həmin məlumatlara görə, Kreml rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması ilə qətiyyən barışmaq istəmir.

Çünki ABŞ və Qərbin də dolayısı ilə dəstəklədiyi bu addım sayəsində rəsmi Bakı erməni terrorçuların silah-sursat daşımasının qarşısını almaqla yanaşı, rus sülhməramlıların da üçtərəfli anlaşmaları kobud şəkildə pozan davranışlarını məhdudlaşdırıb. Və indi rus sülhməramlılar da Azərbaycan ordusunun nəzarəti altına düşməyə başlayıb.

Onu da qeyd edək ki, erməni terrorçular Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin açıqlamasından sonra ümumiyyətlə, isterik vəziyyətə düşüblər. Onlar artıq anlayırlar ki, hər şey sona çatmaq üzrədir, erməni terrorçuların “sərbəst quldurluq” dövrü həmişəlik qapadılır. Çünki Şarl Mişel rəsmi Bakının Qarabağdakı erməni azlığına humanitar yüklərin Bərdə-Ağdam-Xankəndi marşrutu ilə daşınmasını dəstəklədiyinə eyham vurmuşdu. Və bu, Qərbin də razılığı ilə real inteqrasiya prosesinin başlandığını göstərir.

------------------1-6-1024x672.jpg (114 KB)Bu baxımdan, Kremlin “təxribat emissarı” Ruben Vardanyanın quldur dəstəsinin Ağdam-Xankəndi yolunu beton plitələrlə qapatmağa çalışması qətiyyən təəccüb doğurmadı. Əksinə, erməni terrorçuların hay-küyünün və reinteqrasiya prosesinə müqavimət cəhdlərinin arxasında məhz Rusiyanın dayandığını növbəti dəfə təsdiqlədi. Və yəqin ki, yaxın vaxtlarda Kremlə regional sülh prosesinin əngəlləməsinə yönəlik davranışlarından dolayı ciddi xəbərdarlıq mesajı veriləcək.

Nəhayət, Kremlin cəsarətləndirdiyi Araik Arutyunyan davranışları da rəsmi Bakını antiterror əməliyyatları barədə qərarın verilməsinə sövq edə bilər. Belə ki, erməni terrorçuların rəhbəri Araik Arutyunyan Xankəndidə oturaq aksiyalara qatıldığını bildirib. Eyni zamanda, erməni terrorçu bildirib ki, bu, yalnız başlanğıcdır. Əgər, bir həftə ərzində Laçın yolunda “sərbəst hərəkət” bərpa olunmazsa, onda erməni terrorçu daha sərt və radikal addımların atıla biləcəyi ilə təhdid edib.

Təbii ki, Araik Arutyunyan da, Rusiyanın pozucu davranışları da Azərbaycan üçün elə bir ciddi problem deyil. İndiki situasiyada Azərbaycan ordusu ilə istənilən toqquşma qarşı tərəfə böyük sarsıntı vəd edir. Ancaq rəsmi Bakının erməni terrorçu tərəfindən “vur” çağırışı ilə “qırmızı cizgilər”in keçilməsinə göstərilən cəhd mütləq nəzərə alacağı da qətiyyən şübhə doğurmur. Yəqin ki, ona da, terrorçu dəstəsinə də tezliklə Azərbaycan ordusu tərəfindən “yat” komandası veriləcək.(musavat.com)


Вернуться назад