Главная > Siyasət > Brüsseldə keçiriləcək üçtərəfli görüşün günü və saatı açıqlandı
Brüsseldə keçiriləcək üçtərəfli görüşün günü və saatı açıqlandı14-07-2023, 11:05. Разместил: admin |
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq. Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alır. Qeyd olunub ki, görüş yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00-da) keçiriləcək. Bundan əvvəl bildirilirdi ki, görüş iyulun 21-də keçiriləcək. Вернуться назад |