Главная > Siyasət > Prezident “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edir - YENİLƏNİB
Prezident “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edir - YENİLƏNİB1-06-2023, 13:48. Разместил: admin |
İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilir. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb. Builki Zirvə toplantısında ümumilikdə 47 ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib. *** Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin sammitinə gəlib. "Report" xəbər verir ki, Azərbaycan Prezidentini Moldova Prezidenti Mariya Sandu qarşılayıb. Sammitdə 40-dan çox dövlət başçısı, eləcə də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel iştirak edir. Qeyd edək ki, tədbir Kişineudan 35 km aralıda yerləşən Bulboaka kəndində, Mimi qəsrində keçirilir. Вернуться назад |