Главная > Siyasət > Xanım rəis təqaüdə göndərildi - FOTO
Xanım rəis təqaüdə göndərildi - FOTO30-05-2023, 12:42. Разместил: admin |
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova işdən azad edilib. “Qafqazinfo”nun məlumatına görə, polis polkovniki Z.Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. O, 2015-ci ildən DİN-in İdman Cəmiyyətinin rəisi idi. Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira xanım 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib. Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin olunmuşdu. Вернуться назад |