Главная > Siyasət > Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”
Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”26-05-2023, 11:17. Разместил: admin |
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb. “Report” xəbər verir ki, müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin oxuyub. “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”, - dövlət başçısının müraciətində bildirilib. Müraciətdə münaqişənin başa çatmasına baxmayaraq, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Laçın yolundan Azərbaycan ərazilərində mina yerləşdirilməsinin davam etdirilməsi üçün istifadə etdiyi qeyd olunub. Вернуться назад |