Главная > Siyasət > İran 4 Azərbaycan diplomatını ölkədən çıxardı
İran 4 Azərbaycan diplomatını ölkədən çıxardı5-05-2023, 10:42. Разместил: admin |
İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı "persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Tehrandakı Səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatını ölkədən çıxarıb. Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan edilib, ölkədən çıxarılmışdı. Вернуться назад |