Главная > Siyasət / Gündəm > HEYDƏR ƏLIYEV-100 DAHİ ŞƏXSİYYƏT
HEYDƏR ƏLIYEV-100 DAHİ ŞƏXSİYYƏT2-05-2023, 15:55. Разместил: admin |
Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir və ölkəmiz bu gün onun müəyyənləşdirdiyi strategiya ilə inkişaf etməkdədir. Azərbaycanda elə bir sahə yoxdur ki, orada Ulu Öndərin səsi, nəfəsi hiss edilməsin. Onun istər dilimizin inkişafı istiqamətində, istər mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın, milli- mənəvi dəyərlərimizin formalaşmasında və qorunub inkişaf etdirilməsində Ulu Öndərin böyük xidmətləri olmuşdur. Elə məhz həmin cəhətlər geniş əhatəyə malik olan azərbaycançılıq ideyasının tərkib hissələridir. İlk növbədə, dilimizin qorunub yaşaması istiqamətində onu demək istərdim ki, H.Əliyev Azərbaycan dilini-doğma ana dilini gözəl bilmiş, bu dili sevmiş və demişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Heydər Əliyevin ən çox diqqət yetirdiyi məsələ milli dilimizin-Azərbaycan dilinin qorunması, inkişafı, dövlət dii kimi tanınması məsələsi idi. “Millətin milliliyini saxlayan onun dilidir”, - deyən Heydər Əliyev “ana dilini hər bir xalqın varlığını təsdiq edən başlıca amil” adlandırmışdır. Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında da misilsiz xidmətlər göstərmiş, “öncə dilimiz, mədəniyyətimiz”- deyərək Azərbaycan dilinin inkişafına xüsusi qayğı göstərmiş, dilimizin inkişafına diqqət yetirmişdir. Ana dili hər bir xalqın milli sərvəti, milli varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan ən mühüm cəhətdir. Xalqın keçdiyi tarixi inkişaf yolu, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olmuşdur. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi dilimizin inkişafı istiqamətində çox böyük tarixi əhəmiyyətli işlər həyata keçirmişdir ki, aşağıdakılar buna nümunədir:
Azərbaycandilli məktəblərin, maarifin inkişafına xüsusi qayğı göstərildi Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verildi. Azərbaycan dilində mətbuatın, elmin inkişafı üçün dövlət rəhbərliyi əlindən gələni etdi. Çoxcildlik “Müasir Azərbaycan dili” dərslikləri yaradıldı və Azərbaycan Dövlət mükafatına layiq görüldü. Ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edildi. Rəsmi və qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən Ulu Öndər praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərdi, bu sahədə şəxsən özü başqalarına nümunə oldu. Silahlı Qüvvələr gününün tarixləşməsi də ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmana əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan Milli nizami ordu formalaşmışdır. Doxsanıncı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1994 - cü ilin əvvəllərində Azərbaycan NATO - nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996 - cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşulmuş, 2008 - ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanmışdır. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqram larında iştirak etmiş, ən son hərb yeniliklərini mənimsə mişdir. Yeri gəlmişkən, 1997-ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi - humanitar aksiyalarda fəal iştirak etmiş, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək vermişlər. Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Ulu Öndər Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Məlumdur ki, Azərbaycanda hərbi məktəblərdə azərbaycanlıların təhsil alması çox müşkül məsələ olmuşdur. Yalnız cənab Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra bu problem öz həllini tapdı və həmin məktəblərdə azərbaycanlı yeniyetmələrin sayı artdı. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. Bunlardan biri də azərbaycanlıların hərbi məktəblərə qəbul olunmasını təmin etmək üçün indiki Cəmşid Naxçıvanski adına hərbi litseyi yaratması oldu. Bu məktəbi yaratmaq heç də asan olmamışdı. Cənab Heydər Əliyev böyük uzaqgörənliklə, qeyri-adi cəsarətlə və inadkarlıqla buna nail oldu. O vaxt SSRİ-də iki belə məktəb vardı: Naximov (Leninqrad) və Suvorov (Moskva) adına hərbi təmayüllü məktəblər. Üçüncü belə bir məktəbin Azərbaycanda yaradılmasının əsas məqsədini ermənilər də, sovet rəhbərliyi də yaxşı anlayırdı. Ona görə də Bakıya ciddi təzyiqlər başlandı. Ermənilər açıq-aşkar deyirdilər ki, bu məktəb bağlanmalı və Yerevanda açılmalıdır. Mərkəzə məktublar, teleqramlar göndərirdilər ki, Bakıda açılan bu məktəbi bağlatsınlar. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Bu gün milli həmrəylik Azərbaycan dövləti və xalqı üçün kifayət qədər vacib məsələdir. Çünki kimin necə qiymətləndirməsindən asılı olmayaraq, indinin özündə də Azərbaycan dövlətçiliyi üçün təhlükəli amillər mövcuddur. Məhz bu baxımdan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi zərurəti hamı tərəfindən tarixi reallıqların diktə etdiyi qanunauyğunluq kimi qəbul olunmalıdır. Bu gün hər birimiz bilməliyik ki, bugünkü qələbəmizin, Gələcək hərəkat larda qaza nacağımız müvəffəqiyyətlərin təməli Ulu öndər tərəfindən qoyulmuş dur. Dövlətimizin, xalqımızın bu günü və gələcəyinin strategiyası, taktikası Heydər Əliyev tərəfindən müəyyən edil miş və bu gün də onun layiqli davamçısı, Ali baş Komandan İlham Əliyev tərəfin dən uğurla həyata keçirilməkdədir. Bu gün hər bir azərbaycanlı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş AZƏRBAYCANÇILIQ ideologyiyasına sadiq olmalı, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməli və hər zaman Ümummilli liderimizin bu sözlərini əsas tutmalıdır: “Düşünməyin ki, Vətən sizə nə verib. Hər kəs özündən soruşmalıdır ki, özü Vətən üçün nə edib”. Yalnız bu halda biz Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə, bizə babalarımızdan miras qalmış Vətənimizi-Can Azərbaycanımızı qoruya bilərik. Allah Ulu Öndərə rəhmət eləsin. Azərbaycan Heydər Əliyevin şah əsəridir. Əgər bu əsər hələ yaşayırsa, mövcuddursa, deməli, Heydər Əliyev də yaşayır. Dövlətlər içərisində dövlətimizin, Bayraqlar içərisində Bayrağımızın öz yeri, öz dəyəri var. Böyük Azərbaycan uğrunda hər birimiz öz vəzifəmizdə layiqincə çalışmalı, Ulu Öndərin vəsiyyətlərini həyata keçirməliyik. Ulu Öndərin demişdir: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”. Prof. Həcər Hüseynova ADPU, filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrası Вернуться назад |