Главная > Siyasət > Vilayət Eyvazov rəis və müavinini işdən çıxardı
Vilayət Eyvazov rəis və müavinini işdən çıxardı24-04-2023, 11:10. Разместил: admin |
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi Samir Qayıbov və müavini Ramil Rüstəmov vəzifələrindən azad olunublar. Bakupost.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrlə Samir Qayıbovun vəzifəsi Abşeron Polis Bölməsinin baş əməliyyat müvəkkili Rasim Salahova həvalə edilib. Hazırda bölmədə yoxlamalar davam etdirilir. Qeyd edək ki, Samir Qayıbov 2021-ci ilin sentyabrında Qobu Polis Bölməsinin rəisi təyin olunmuşdu. Вернуться назад |