Главная > Siyasət > Prezident dövlət xidmətinə yeni səlahiyyət verdi
Prezident dövlət xidmətinə yeni səlahiyyət verdi14-04-2023, 13:24. Разместил: admin |
![]() “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, əsasnaməyə aşağıdakı məzmunda 3.1.3-3-cü və 3.2.3-3-cü yarımbəndlər əlavə edilir: “3.1.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi; 3.2.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müraciətlərin qəbulu, baxılması və cavablandırılması”. Bundan başqa, 5.1.28-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 5.1.29-cu və 5.1.30-cu yarımbəndlər əlavə edilir: “5.1.29. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər və həmin müraciətlərə baxılması üzrə sənədlər; 5.1.30. icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair icarəçilər tərəfindən təqdim edilmiş məlumatlar”. Eyni zamanda, 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 18-ci və 19-cu abzaslar əlavə edilir: “18. dövlət mülkiyyətində olan torpaqları icarəyə (istifadəyə) götürmək məqsədilə müraciət etmək; 19. icarəyə götürdüyü dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair məlumat təqdim etmək”. Dəyişikliklə aşağıdakı məzmunda 7.1.10-cu və 7.1.11-ci yarımbəndlər əlavə edilir: “7.1.10. rayon (şəhər) icra hakimiyyəti orqanları: 1. qeydiyyatdan keçmək; 2. elektron kabinetdən istifadə etmək; 3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlərə baxmaq; 7.1.11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti: 1. qeydiyyatdan keçmək; 2. elektron kabinetdən istifadə etmək; 3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər üzrə rəy vermək.”. Вернуться назад |