Главная > Siyasət > Azərbaycan XİN: "Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir"
Azərbaycan XİN: "Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir"13-04-2023, 10:51. Разместил: admin |
![]() 2020-ci ildən bəri Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl Ermənistan istehsalı olan 2021-ci il üçün minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb. "Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir", - XİN-dən bildirilib. Qeyd edək ki, aprelin 12-də Laçında daha 1 nəfər mülki şəxs minaya düşmüşdü. Вернуться назад |