Главная > Siyasət > Azərbaycan Prezidenti Tacikistana dövlət səfərinə gedib
Azərbaycan Prezidenti Tacikistana dövlət səfərinə gedib5-04-2023, 12:49. Разместил: admin |
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar. Вернуться назад |