Главная > Siyasət > Kərim Vəliyev ABŞ-də mühüm görüşlər keçirib - FOTO
Kərim Vəliyev ABŞ-də mühüm görüşlər keçirib - FOTO30-11-2022, 10:33. Разместил: admin |
![]() ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq müzakirə edilib. Bu barədə ABŞ Milli Qvardiyasının komandanı general Daniel Hokanson Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşündən sonra öz “Twitter” səhifəsində yazıb. Görüşdə Azərbaycanla təhlükəsizlik sahəsində tərəfdaşlığın 20-ci ildönümü alqışlanıb. “Biz bu güclü, qarşılıqlı faydalı təhlükəsizlik əlaqələrinin yüksək dəyərini bir daha təsdiqlədik və gələcək əməkdaşlıq sahələrini müzakirə etdik”, - ABŞ Milli Qvardiyasının komandanı sosial şəbəkə hesabında qeyd edib. Görüşdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib. Вернуться назад |