Главная > Siyasət > Kərim Vəliyev amerikalı admiralla görüşdü
Kərim Vəliyev amerikalı admiralla görüşdü29-11-2022, 10:32. Разместил: admin |
![]() Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Вернуться назад |