Главная > Siyasət / Gündəm > AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb Bəyanatda deyilir:
AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb Bəyanatda deyilir:16-11-2022, 16:32. Разместил: admin |
“Fransa Senatının qəbul etdiyi “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə bu ölkənin pozucu siyasətinin davamıdır. Fransa mütəmadi olaraq qərəzli mövqeyi, riakar addımları ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində aparılan danışıqlara müdaxilələr edir, yeri gəldi-gəlmədi normallaşma prosesinə əngəllər törədir. Qarabağ münaqişəsi tarixə qovuşduqdan sonra dəfələrlə səsləndirdikləri yalan xarakterli bəyanatlarla iki ölkə arasında məqsədli şəkildə gərginliyi artırmağa çalışıb. Aydın görünür ki, bölgədə sülhə doğuru atılan addımlar onları narahat edir. Davam edən 30 illik işğal dövründə doğma yurdundan hərbi müdaxilə yolu ilə qovularaq məcburi köçkün həyatı yaşayan sivil insanların pozulmuş hüquqları özünü dünyanın aparıcı dövlətlərindən hesab edən Fransanın heç yadına da düşmədi. Hətta münaqişənin danışıqlar yolu ilə həlli zamanı Minski qrupunun çətri altında “neytral dövlət” libasına bürünmüşdü. Proseslərin sonrakı gedişi, o cümlədən münaqişənin tarixə qovuşması bu kimi dövlətlərin əsl yanaşmalarını ortaya çıxarıb. İşğalın sona çatmasından sonra məcburi köçkünlərin öz yurdlarına qayıtması, sülh səyləri çərçivəsində Fransanın yenidən qərəzli mövqe sərgiləməsi gərginliyin artırılmasından başqa bir şey deyil. Hətta qətnaməni hazırlayanlar, görünür, proseslərdən tamamilə xəbərsizdirlər, hazırda bölgədə nə baş verir ya onu görmürlər, ya da görmək istəmirlər. Mənasız və heç bir hüquqi qüvvəyə malik olmayan bu qətnamənin müəllifləri bilsinlər ki, regionun lideri Azərbaycan qalib dövlət olaraq sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar yaradıb. Artıq “Dağlıq Qarabağ” münaqişəsi də Minski qrupu kimi tarixə qovuşub. Hazırda Azərbaycanın Avropa ölkələri ilə əlaqələri bütün sahələrdə durmadan genişlənir. Bunu dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər və imzalanan sənədlər də göstərir. Həmçinin ölkəmiz Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır və dünya səviyyəsində əhəmiyyətli ölkələrindən hesab olunur. Bir daha Fransa Senatının bu qətnaməsini qətiyyətlə pisləyir, sülh və sabitliyə mane olan təxribat xarakterli sənəd kimi qiymətləndiririk”. 1 AHİK-in üzv təşkilatları Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası 2 “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası 3 “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası 4 “Metal-iş” Həmkarlar İttifaqı Federasiyası 5 Aviasiya İşçiləri Həmkarlar İttifaqı 6 Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı 7 Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı 8 “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi 9 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı 10 Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı 11 Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı 12 Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı 13 Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı 14 Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı 15 Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi 16 “İnşaat-İş” Həmkarlar İttifaqı 17 Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı 18 Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı 19 Metropoliten İşçiləri Həmkarlar İttifaqı 20 Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı 21 Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı 22 Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı 23 Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 24 Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı 25 Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı 26 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 27 Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Вернуться назад |