Главная > Siyasət > Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


8-11-2022, 11:11. Разместил: admin


Təbrikdə deyilir:

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla qalib xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoş və firavan həyat, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram.
İki il öncə - 2020-ci ildə Vətən övladları yenilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illər Ermənistan işğalı altında olan torpaqlarımızı böyük qəhrəmanlıqlar göstərərək azad etdi. Bu tarixi Qələbə təkcə torpaqların geri qaytarılması deyil, həm də milli ləyaqətimizin, qürurumuzun təntənəsidir.
Bu gün Şərqi Zəngəzurda və Qarabağda üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız əzəmətlə dalğalanır.
Sərkərdəlik məharəti, qətiyyəti və polad iradəsi ilə xalqımıza parlaq Zəfərin sevincini yaşadan müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, yüksək döyüş ruhu və əzmkarlığı ilə düşməni məhv edən qüdrətli ordumuzun əsgər və zabitlərinə sonsuz təşəkkür edirəm.
Vətən uğurunda canından keçən oğul və qızlarımızı dərin ehtiramla yad edir, onların valideyinlərinə və ailələrinə səbir diləyirik.

Əziz həmvətənlər, bir daha Sizi bu əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, günü-gündən inkişaf edən qüdrətli dövlətimizin ətrafında daha da sıx birləşməyə səsləyirəm.
"Bayramınız mübarək olsun!”.
Вернуться назад