Главная > Siyasət > Bu, Bakı ilə İrəvan arasındakı sülhə nail olmanın açarıdır - ABŞ
Bu, Bakı ilə İrəvan arasındakı sülhə nail olmanın açarıdır - ABŞ27-10-2022, 12:18. Разместил: admin |
Bakı ilə İrəvan arasında birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmanın açarıdır. “Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib. O, dövlət katibi Entoni Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqliyini bəyan etdiyini xatırladıb. “Biz hər iki lideri onlar üçün daha faydalı olan formatda görüşməyə çağırdıq. Bizim nöqteyi-nəzərimiz ondan ibarətdir ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. 1919-cu ildə SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən Cənubi Qafqazın üç ölkəsi olan Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi və müstəqilliyinə ABŞ-dan böyük tərəfdarı yoxdur. Bu ölkələrin öz xarici siyasət maraqlarını və suverenliyini təqib etmə haqqı var”, - Dövlət Departamentinin sözçüsü deyib. Вернуться назад |