Главная > Siyasət > İsa Həbibbəyli deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib
İsa Həbibbəyli deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib25-10-2022, 14:55. Разместил: admin |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti İsa Həbibbəyli qurumun vitse-prezidenti postundakı vəzifəsindən və deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib. “Report xəbər verir ki, İ.Həbibbəyli jurnalistlərə açıqlamasında bu məsələnin hələ ki müzakirə mövzusu olmadığını vurğulayıb. İ.Həbibbəyli Prezident İlham Əliyevə təşəkkür edib. “Qarşıda AMEA-nın nüfuzunu bərpa etmək və Akademiyanın yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya etmək baxımından qarşımızda mühüm vəzifələr durur. Var gücümüzlə çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək. Dünya elminə ölkəmizin töhfə verməsini təmin edək”, – deyə o qeyd edib. Qeyd edək ki, AMEA-nın bu gün keçirilən ümumi yığıncağında İsa Həbibbəyli qurumun yeni prezidenti seçilib. İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib, oktyabrın 16-da onun 73 yaşı tamam olub. Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu. Вернуться назад |