Главная > Siyasət > Dövlət başçısı: “Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub”
Dövlət başçısı: “Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub”24-10-2022, 15:10. Разместил: admin |
“Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib. “O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarşılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir”, - dövlət başçısı bildirib. Вернуться назад |