Главная > Siyasət / Gündəm > Cəmil Əmirov: Müstəqilliyimizin bərpasından 31 il ötür
Cəmil Əmirov: Müstəqilliyimizin bərpasından 31 il ötür18-10-2022, 15:50. Разместил: admin |
Yasamal Rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov - Düz 31 il öncə Azərbaycan müstəqilliyini bərpa etdi. Həmin tarixi hadisə ərəfəsində baş verənlərə nəzər salanda, görürük ki, SSRİ-nin saxlanması üçün referendum keçirən, hətta Moskvadakı 1991-ci il avqust qiyamından, ittifaqın dağılması üçün son cəhddən belə mədəd uman Azərbaycanın ovaxtkı rəhbərliyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasının qarşısını ala bilmədi. Bununla da XX əsrin əvvəlində müstəqillik elan edən Azərbaycan Respublikası bolşevik işğalına məruz qaldıqdan 71 il sonra, XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşdu. Onu da vurğulamaq yerinə düşər ki, 1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Bu xüsusi məqamlar onu deməyə əsas verirdi ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə 70 il əvvəl itirilmiş müstəqilliyini bərpa edib. Müstəqilliyin bərpası zamanı və ondan sonra hakimiyyətdə olan qüvvələr qəbul edilən qanunvericilik aktlarına və qərarlara hörmətsizlik nümayiş etdirdikləri kimi, tarixi varisçilik prinsipini də arxa plana keçirmişdilər. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, daha doğrusu XX əsrin əvvəlində Azərbaycan Respublikasının müstəqillik qazanmasının, habelə mövcudluğunu şərtləndirən tarixi hadisələrin mahiyyətinə ötəri yanaşmışlar. Məsələn, həmin qüvvələr Azərbaycan Ordusunun yaranmasını 9 oktyabr kimi o qədər də tarixi əhəmiyyət kəsb etməyən gündə qeyd etməyi belə özlərinə rəva bilmişdilər. Amma Ümimmilli Lider Heydər Əliyev Azərbaycan Respublikasında hakimiyyətə qayıtdıqdan sonra məhz tarixi varisçilik prinsipi əsas götürülərək 1918-ci ildə xalqımızın əlamətdar hadisələrinin özünməxsus və hörmətə layiq şəkildə qeyd edilməsi yönündə mühüm addımlar atılıb. Onların arasında müstəqil ölkənin müdafiəsi və təhlükəsizliyi üçün xidmət göstərən qurumların yaradılması tarixlərinin xüsusi olaraq qeyd edilməsi üçün müvafiq qanunvericilik aktlarının, sərəncam və fərmanların imzalanmasını da göstərmək olar. Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, Ulu Öndər ikinci dəfə Azərbaycanda rəhbərliyə gəlməmişdən öncə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpası yönündə atılan mühüm tarixi addımlar Onun adı ilə bağlıdır. Belə ki, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırılıb. Eyni zamanda, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul edilməsi və icra edilməsi böyük cəsarət tələb edirdi. Bununla yanaşı, müstəqilliyimizin bərpasından bir qədər əvvəl, 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti sayəsində muxtar respublikada böyük işlər görülüb. Həmin dövrə nəzər saldıqda, bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu ortaya çıxır. Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilasıdır. Onu da vurğulamaq yerinə düşər ki, 2021-ci il oktyabrın 18-də Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Onun layiqli davamçısı, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında tarixi Zəfər qazanılması sayəsində Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edib. Həmin ərəfədə Azərbaycan Respublikasının Milli Məclisi müstəqillik və müstəqilliyin bərpası ilə bağlı qanunu müzakirə edərək, “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 15 oktyabr 2021-ci il tarixində həmin qanun təsdiq olunub və tarixi ədalət bərpa edilib. Belə ki, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğu nəzərə alınaraq mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Beləliklə, artıq ötən ildən 28 may Müstəqillik Günü və 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməyə başlanıb. 1918-ci il mayın 28-də müstəqilliyini dünyaya bəyan edən Azərbaycan xalqı 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətini yaradıb, qısa müddətdən sonra müstəqilliyini itirsə də, 70 ildən sonra istiqlalını bərpa edərək, çoxəsrlik dövlətçilik ənənələrini davam edirib. Sevindirici haldır ki, Azərbaycan xalqı artıq 31 ildir ki, müstəqilliyimizin bərpasını bayram edir. Bu tarixi fakt isə müstəqilliyimizin əbədi və dönməzliyinə şübhə yeri qoymur. Вернуться назад |