Главная > Siyasət > Hikmət Hacıyev şərtləri ilə Ermənistanı susdurdu - Vahe Ovanesyan
Hikmət Hacıyev şərtləri ilə Ermənistanı susdurdu - Vahe Ovanesyan17-10-2022, 11:32. Разместил: admin |
Azərabycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrəvan qarşısında qoyduğu şərtlər Ermənistanı susmağa vadar edib. Bunu Alternativ Layihələr qrupunun eksperti Vahe Ovanesyan öz teleqram kanalında yazıb: “Hikmət Hacıyev rəsmi Bakının planlarını açıq şəkildə təqdim edib. Şərtlər bunlardır: - Ermənistan Qarabağ məsələsini unutmalıdır. Bu məslədə hər hansı beynəlxalq tənzimləmə mexanizmləri olmayacaq. - İlin sonuna qədər sülh müqaviləsini imzalayıb, delimitasiya prosesini həyata keçirmək; - Qazaxın kəndləri və Naxçıvanın Kərki kəndinin geri qaytarılması… Ovanesyan bildirib ki, Hikmət Hacıyevin bu şərtlərindən sonra İrəvanda istər hakimiyyət, istərsə də müxalifət düşərgəsində bir susqunluq müşahidə olunmaqdadır. Вернуться назад |