Главная > Siyasət > Ceyhun Bayramov üçtərəfli görüşdə: “Nizamlanmanın ölçüsünə xüsusi diqqət yetirəcəyik”

Ceyhun Bayramov üçtərəfli görüşdə: “Nizamlanmanın ölçüsünə xüsusi diqqət yetirəcəyik”


14-10-2022, 09:56. Разместил: admin
Ceyhun Bayramov üçtərəfli görüşdə: “Nizamlanmanın ölçüsünə xüsusi diqqət yetirəcəyik”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Astanada Ermənistan və Azərbaycandan olan həmkarları ilə görüşdə üç ölkə prezidentinin 2020-ci və 2021-ci illərdə əldə etdiyi razılaşmaların icrasının müzakirəsinə ümid etdiyini bildirib.

Bu barədə o, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə bəyan edib.

“Zamanın sürətlə axdığını, hadisələrin kifayət qədər iti inkişaf etdiyini nəzərə alaraq, hesab edirəm ki, bu gün bu mövzu ətrafında danışmaq və imzaladıqları sazişlərin icrası ilə bağlı liderlərimizə nə hesabat verə biləcəyimizi görmək üçün çox əlverişli fürsətdir”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində qeyd edib ki, bu ilin may ayında keçirilən üçtərəfli formatda son görüşdən sonra həm ikitərəfli, həm də çoxtərəfli əsasda xeyli sayda təmaslar baş tutub.

“Mənə elə gəlir ki, bu baxımdan, bu müddət ərzində baş vermiş inkişafı danışmaq, müzakirə etmək faydalı olardı. Ən azı, öz tərəfimizdən, biz xarici işlər nazirlərinin bilavasitə cavabdeh olduğu münaqişədən sonra nizamlanmanın ölçüsünə xüsusi diqqət yetirəcəyik: bunlar bu yaxınlarda müzakirə etdiyimiz sülh müqaviləsinin məsələləridir”, - deyə C.Bayramov bildirib.

O əlavə edib ki, dinc yolla nizamlanmanın digər məsələləri, o cümlədən dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, eləcə də humanitar xarakterli məsələlər barədə danışmaq faydalı olardı.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, o, görüşü Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də üç ölkə liderlərinin bəyanatlarına uyğun olaraq problemlərin həlli yollarını tapmaq üçün yaxşı fürsət hesab edir.


Вернуться назад