Главная > Siyasət > Tıxaclara görə komissiyada ciddi dəyişiklik: yüksək vəzifələrə yeni təyinatlar

Tıxaclara görə komissiyada ciddi dəyişiklik: yüksək vəzifələrə yeni təyinatlar


6-10-2022, 11:23. Разместил: admin
Tıxaclara görə komissiyada ciddi dəyişiklik: yüksək vəzifələrə yeni təyinatlar


Baş nazir Əli Əsədovun imzaladığı qərarla Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilərək Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılıb.

Komissiyanın yeni tərkibi də təsdiqlənib. 

Yeni tərkibdə Komissiya bir sədr və 14 üzvdən ibarətdir. Komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev olaraq saxlanılıb.

Həmçinin Komissiya sədrinin müavini vəzifəsi çıxarılaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi üzvlər siyahısına daxil edilib. 

Komissiyanın köhnə üzvlərinin sayı 16 olsa da, yeni komissiyada bu 14-ə endirilib. Fövqəladə hallar nazirinin birinci müavini, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri üzvlər siyahısında saxlanılıb. 

Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri, Səhiyyə nazirinin müavini, Təhsil nazirinin müavini, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri, Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri, Avtomobil Federasiyasının baş katibi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin baş mühəndisi, Komissiyanın məsul katibi Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyanın tərkibindən çıxarılıb.

Bunun əvəzində isə İqtisadiyyat nazirinin birinci müavini Ədliyyə nazirinin müavini, Maliyyə nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru, “Bakı Metropoliteni” QSC-nin sədri komissiyaya daxil edilib. 

Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri ilə əvəz olunub.


Вернуться назад