Главная > Siyasət / Gündəm > Namizəd İsmayılov: Fədakarlığın, şücaətin parlaq nəticəsi

Namizəd İsmayılov: Fədakarlığın, şücaətin parlaq nəticəsi


5-10-2022, 12:37. Разместил: admin
Namizəd İsmayılov: Fədakarlığın, şücaətin parlaq nəticəsi


Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov - Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edilməsindən iki il ötdü. Artıq iki ildir ki, üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır. Elə bu məqamda vurğulamalıyıq ki, işğal illərində Cəbrayıl tamamilə dağıdılıb, orada yalnız işğalçı ölkə hərbçilərinin istifadə etdiyi tikili və qurğular, qərargah binası mövcud olub.
Xalqımız BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinin yerinə yetirilməsi üçün əməli işlər görəcəyinə ümid edirdi. Erməni işğalından ötən dövr ərzində Azərbaycan Respublikası sülh arayışlarında, beynəlxalq səviyyəli danışıqlarda konstruktiv mövqedən çıxış edib. Ermənilər isə bunu başa düşmək istəməyiblər. Bu hərəkətin qarşısını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi-siyasi addımları, tarixi qərarları aldı. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. 44 gün ərzində Ordumuzun bir gün, bir saat belə geri çəkilmədən ancaq irəli getməsi əcdadımızın hərb ənənələrinin dərindən əxz edilməsi ilə yanaşı, o ənənələrin ən yeni dövrün tələb və çağırışlarına uyğun davam və inkişafını nümayiş etdirir. Bu gəncliyimizə yeni üfüqlər açır.
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Bir sözlə, 44 günlük müharibə Azərbaycanın gücünü, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpalarımızdan qovduq. 44 günün hər bir günü qəhrəmanlıq dastanına çevrilib, hər bir günü bizim üçün əzizdir, doğmadır.

Вернуться назад