Главная > Siyasət / Gündəm > Prezidentin son səfəri Azərbaycan üçün nə vəd edir? - ŞƏRH
Prezidentin son səfəri Azərbaycan üçün nə vəd edir? - ŞƏRH3-10-2022, 16:00. Разместил: admin |
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri və eləcə də Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi ölkəmizin regional mövqeyinin güclənməsində xüsusi rol oynayacaq. Ötən ay Ermənistan tərəfinin bir sıra qlobal media qurumlarında feyk təbliğatı kontekstində Azərbaycanın regional proseslərdə mövqeyinin bir daha təqdimi vacib idi. Açılış mərasiminə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeninin qatılması və çıxışını da xüsusi vurğulamaq lazımdır. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Serbiya Prezidenti Aleksandr Vuçiçin İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacağını, Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskin Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidentinin olduğunu deməsi də məhz ölkəmizin dövlət başçısına və bütövlükdə Azərbaycana verilən xüsusi qiymət idi: "Aydındır ki, istər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) reallaşması məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhvəsini bir daha təsdiq edir. IGB-nin reallaşması Cənub Qaz Dəhlizi ərsəyə gələndən sonra daha da aktuallaşdı. Bu daxili şəbəkə vasitəsi ilə Azərbaycan qazının Avropanın enerji diversifikasiyasına daha çox ehtiyac olduğu bölgələrinə çıxması deməkdir. Bununla da, Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə vermiş olacaq". "Rəqəmlər də göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsiziliyinin formalaşmasına töhvəsi genişlənməkdədir. 2021-ci ildə Azərbaycan bütövlükdə 19 milyard kubmetr mavi qaz ixrac edib. Bu müddətdə Avropaya 8,2 milyard kubmetr qaz göndərilib. Bu ilin ilk 8 ayında isə Avropaya qaz ixracıtımız 50%-dən çox artıb və illik nəqlin 11,5 milyard kub metrə çatacağı gözlənilir. Bütövlükdə isə, Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac etmək niyyətindədir. İGB vasitəsi ilə bu il Bolqarıstana 440 milyon kubmetr qaz nəqli planlaşdırılır. Bu rəqəmin daha sonra 1,5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Rumıniya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri ölkəmizin regional geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdi", - deyə V. Bayramov əlavə edib. Вернуться назад |