Главная > Siyasət / Gündəm > Manaf Manafov: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri

Manaf Manafov: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri


3-10-2022, 15:16. Разместил: admin
Manaf Manafov: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri


Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafov - Müqəddəs savaşımızın, Vətən müharibəsinin başlanmasının, tarixi zəfərimizin ilk addımının və bunun uğrunda öz həyatlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsinin ikinci il dönümünü qeyd etdik. Qəlb acısı, kədər yükü ilə, ancaq eyni zamanda da böyük iftixar hissi ilə, alın açıqlığı, üz ağı ilə qeyd etdik. Bütün ölkə, bütün xalq qeyd etdi bu günü. Şəhidlərimizin məzarları, onların şərəfinə ucaldılmış abidələr, memorial komplekslər ziyarət edildi, şəhid qanını simvolizə edən qırmızı çiçəklərə boyandı ölkə. Ancaq Müzəffər Ordunun, Müzəffər Sərkərdəsi, həmişə olduğu kimi  bu günü də özünəməxsus bir şəkildə, xüsusi anlam, əlahiddə bir qüdsiyyət daşıyan məkanda, Vətən torpağının şəhid qanı ilə suvarıldığı ilk zəmində, işğaldan azad edilən ilk məskəndə, şanlı  qələbəyə aparan yolun mənbəyində qeyd etdi. O günü bir daha yaşamaq, real olaraq hiss etmək və xalqına da yaşatmaq üçün atdı bu addımı.



Sövqi-təbii ilə Prezidentin ötən il, ilk Anım Günü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəni xatırladım. Dövlət başçımız, 30 ildir torpaq həsrəti ilə yaşayan məcburi köçkünlərdən danışarkən kövrəldi. İşlətdiyi cümlələr təxminən belə idi; “İlk növbədə mənim gözümün önünə o bölgələrdə yaşamış insanlar gəlir. Çünki onlar 30 ildir həsrət içində idilər. Mən bu evi, bu binanı, dağıntıları görürəm, ancaq o görmür. O, bizim gözlərimizlə bunu görməlidir. Hər zaman mənim gözümün önündə onlar olub. Nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm dayandılar. Budur Azərbaycan, budur Azərbaycan xalqı”.

Bəli, bu dəfə də bizlər, xalqımız, o məkanı Prezidentin və Birinci Xanımın gözləri ilə gördü, qəlbi ilə hiss etdi, xəyalən də olsa o günlərə qayıtdı, şəhidlərimizin qanı-canı bahasına açılmış qələbə yolunun, 44 günə yazılmış şanlı tariximizin, yumruq kimi birliyimizin, iradəmizin başlanğıc nöqtəsini, ilk səhifəsini gördü.  

Bu torpaqlar, bu məkan və şəhidlərimizin şərəfinə o məkanda ucaldılmış abidə, qaya parçası sadəcə bir qaya, daş parçası deyil, düşmən gülləsinə öz bədənini, sinəsini sipər edən qəhrəman Azərbaycan əsgərinin, bu əsgərin mətin Sərkərdəsinin və bu əsgəri yetirmiş xalqın birliyinin, qaya kimi möhkəmliyinin rəmzidir. Bu qaya, dağıtmaq üçün yox, qurmaq-yaratmaq üçün gəlmiş millətin rəmzidir.  

İki əsrdən artıqdır ki, torpaqları  parça-parça əlindən alınan, itirə-itirə gələn xalqın zəfəri ilk dadmış nəsli əlbəttə ki, xoşbəxt nəsildir. Prezident İlham Əliyevin təbirilə desək; “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin aydın ifadəsi 15 İyun-Milli Qurtuluş Günündə tapıb. Bu tarix ölkəmizin həyatında yeni mərhələnin başlanğıcıdır. Azərbaycan dövləti, xalqı nədən xilas oldu, bunu müstəqilliyimizin bərpasının ilk illərinin reallıqları cavablandırır. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri, oktyabrın 3-də isə Prezident seçilən ulu öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsi, Vətənə, xalqa sevgisi, dövlət maraqlarını hər şeydən üstün tutması ilə Azərbaycanın biri-birindən əhəmiyyətli uğurlara imza atmasını təmin etdi. Ümummilli Liderin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. O,  hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atdı, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu hər bir sahədə atdığı addımlarında nümayiş etdirərək bugümüz və gələcəyimiz üçün möhkəm baza yaratdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlər  ölkənin formalaşdırılmasına hesablanmışdırsa, 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışı Azərbaycanın əsl Qurtuluşu oldu. Ulu Öndər bildirirdi ki, müstəqilliyi əldə etmək nə  qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz etmək ondan da çətindir. Bu baxımdan dövlətçiliyimizin  möhkəmləndirilməsində dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli Lider  hələ 1969-1982-ci illərdə Azərbaycanı gələcəkdə müstəqil görərək biri-birindən mühüm addımlar atmış, zəngin iqtisadi potensial yaratmışdı.  Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşananlar tariximizin qara səhifəsi kimi daim vərəqlənir. İndiki və gələcək nəsil dövlət müstəqilliyimizin daimiliyinin təmin edilməsinə görə ulu öndər Heydər Əliyevə borclu olduğumuzu dərk etməklə yanaşı, onun uğurlu siyasəti nəticəsində bugünkü qalib Azərbaycanın övladı olduqları üçün fəxr edir və edəcəklər. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirmiş, əhəmiyyətli addımlar atmışdır. Bu önəmli addımlar özünü ilk növbədə onda göstərdi ki, Azərbaycanda hakimiyyətdə səriştəsiz dairələrin olduğu 1991-1993-cü illərdə mövcud olan xaos, anarxiya aradan qaldırıldı, silah gücünə, müxtəlif təxribatlar vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq praktikasına son qoyuldu. Ümummilli Liderin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Atəşkəsə nail olmaqla ölkəmizdə bütün sahələrdə tərəqqi özünü qabarıq şəkildə göstərdi.  

Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi ulu öndər Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda, gələcəyə yönəlib. Ümummilli Lider ilk gündən dünyanın harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları  vahid ideya-azərbaycançılıq ideologiyası ətrafında birliyə çağırdı. Azərbaycanın müstəqilliyinin, suverenliyinin daimiliyini təmin etmək üçün bu birliyin, həmrəyliyin yaradılması vacib amillərdən biri kimi qeyd olundu. Bu gün həmin birlik tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapıb.

Ümumilkdə ölkəmizə hansı sahədən baxsaq ulu öndər Heydər Əliyevin  xidmətlərini görürük. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini belə xarakterizə edir: “Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə kitablar, elmi və bədii əsərlər yaradılmışdır. Bu günə qədər həmin məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.”
Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən biri məhz Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa inamın növbəti ünvanını göstərməsidir. Ulu öndər Heydər Əliyev cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi, sona çatdıra bilmədiyi işlərin Onun  həyata keçirə biləcəyinə əminliyini ifadə etdi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilərək soydaşlrımızın öz doğma yurd-yuvalarına qayıtması idi. Prezident İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu da yerinə yetirdi. Azərbaycanı ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldən cənab İlham Əliyevin qətiyyəti,  ədalətə və beynəlxalq hüquqa, dövlət maraqlarımızın müdafiəsinə yönələn siyasəti nəticəsində tarixi Zəfərə imza atdıq. Azərbaycan müstəqil siyasət yürütdüyünü, dövlət maraqlarını hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin yenidən qurduğu Azərbaycan bu gün möhkəm təməl üzərində ən yüksək zirvələrə doğru inamla irəliləyir.

Вернуться назад